Cinayət başında tutulan hakim barəsində cinayət təqibinin davam etdirilməsi üçün xüsusi prosedur müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Cinayət təqibi orqanı hakimin tutulması barədə dərhal Baş prokurora məlumat verməlidir.
Baş prokuror əsaslar müəyyən etdikdə Məhkəmə-Hüquq Şurasına təqdimat verir.
Şura hakimin tutulduğu andan 24 saat müddətində təqdimata baxaraq qərar qəbul edir.
Razılıq verilmədikdə cinayət başında tutulmuş hakim dərhal azad edilir.

