Müştərək sığorta sığorta ödənişinin müştərək sığorta fondu hesabına verilməsinə və risklərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Müştərək sığorta çərçivəsində fondda yaranan gəlir və zərərin də bölüşdürülməsi nəzərdə tutulur.
Müştərək sığorta fondu fiziki və hüquqi şəxslərin ödədiyi vəsaitlərdən, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitdən formalaşır.
Fondun əsas məqsədi fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsidir.
