Azərbaycan ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin sığortalanması yalnız yerli sığortaçılar tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bununla belə, kommersiya məqsədli beynəlxalq dəniz və hava daşımaları, kosmik uçuşlar, daşımalar və qurğularla bağlı müəyyən risklərin xarici sığortaçılar tərəfindən sığortalanmasına icazə verilir.
Sığortalılar isə sığortaçı seçməkdə sərbəstdirlər.
Bu qaydalar yerli sığorta bazarının qorunması ilə beynəlxalq daşımalar üzrə xüsusi risklərin sığortalanması arasında fərq qoyur.
