Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar bütün sığorta sinifləri üzrə təkrarsığorta əməliyyatları apara bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Hər hansı sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçı həmin növün əhatə etdiyi sığorta sinifləri üzrə təkrarsığorta fəaliyyəti göstərə bilər.
Bunun üçün sığortaçıya ayrıca təkrarsığorta fəaliyyəti lisenziyası verilməlidir.
İcbari sığorta növünü həyata keçirməyə icazəsi olmayan sığortaçı həmin növ üzrə təkrarsığorta fəaliyyəti göstərə bilməz.