Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər məhkəmə işləri üzrə səsvermədə iştirak etmirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Ali Məhkəmənin sədri də onun təqdimatları ilə əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmir.
Bu qayda əlavə kassasiya və yeni açılmış hallar üzrə Plenumda baxılan işlərə də aiddir.
Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir.
Qərarlar və iclas protokolları iclasa sədrlik edən şəxs tərəfindən imzalanır.