Ali Məhkəmənin kollegiya sədrləri məhkəmə təcrübəsinin öyrənilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Kollegiya sədrləri Plenumda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti barədə məlumat verirlər.
Onlar qanunvericilik aktlarının düzgün tətbiqi üçün məhkəmələrə metodik kömək göstərirlər.
Şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması da kollegiya sədrlərinin təşkil etdiyi işlər sırasındadır.
Kollegiya sədrləri qanunvericiliklə onlara aid edilmiş digər səlahiyyətləri də həyata keçirirlər.
