Məhkəmələrin fəaliyyəti və maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hər bir məhkəmə xüsusi təchiz edilmiş bina, dövlət rəmzləri və hakimlərin xüsusi geyimləri ilə təmin edilməlidir.
Məhkəmələr həmçinin zəruri nəqliyyat vasitələri və təşkilati-texniki qurğularla təchiz olunmalıdır.
Onların blank, ştamp və dövlət gerbi həkk olunmuş möhürlərlə təmin edilməsi də nəzərdə tutulur.
Dövlət büdcəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ayrıca vəsait ayrılır.
