Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlərin Seçki Komitəsi uğurlu namizədləri topladıqları ballara uyğun sıralayır.
Nəticələr Məhkəmə-Hüquq Şurasına təqdim edildikdən sonra Şura vakant vəzifələrin sayına uyğun təqdimat verir.
Səlahiyyətləri qiymətləndirmə nəticəsində uzadılmayan şəxslər 5 il ərzində hakimliyə seçim imtahanlarında və müsahibədə iştirak edə bilməzlər.
Beləliklə, hakimliyə namizədlərin seçilməsi mərhələləri qanunla ayrıca tənzimlənir.