Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam edilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Ezamiyyət Məhkəmə-Hüquq Şurasının qərarı əsasında bir ilədək müddətə həyata keçirilir.
Zərurət olduqda bu müddət hakimlərin razılığı ilə yenidən bir ilədək uzadıla bilər.
Ezam edilmiş hakimin hakimlik stajı davam edir və onun maddi və sosial təminatları saxlanılır.
Hakim Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarıla bilər.
