Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmış hakim barəsində bəraət hökmü çıxarıldıqda o, yenidən vəzifəsinə buraxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Eyni qayda cinayət təqibinə bəraətverici əsaslarla xitam verildiyi hallarda da tətbiq olunur.
Cinayət təqibini istisna edən digər hallarda isə hakim vəzifəsindən kənarlaşdırılır.
İttiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdə də hakim vəzifədən kənarlaşdırılır.
Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri xitam edilmiş hesab olunur.