Məhkəmə-Hüquq Şurası məhkəmə statistikasının aparılması və məhkəmələrdə kargüzarlığın təşkil edilməsi üçün tədbirlər görür. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Şura hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, icra və əmək intizamına riayət olunması istiqamətində də fəaliyyət göstərir. Şuranın birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkilini yoxlamaq hüququ var. Birinci instansiya məhkəmələrində sədr və ya sədr müavini vəzifəsini icra edə bilmədikdə onların vəzifələrinin müvəqqəti olaraq başqa hakimə həvalə edilməsi də Şuranın səlahiyyətlərinə daxildir. Bundan başqa, Şura kargüzarlıq, işlərin təsadüfi və avtomatik bölüşdürülməsi və məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən edir.