Dövlət yol hərəkətinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə proqram və planlar qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu proqramların həm ölkə, həm də inzibati ərazi vahidləri üzrə hazırlanması nəzərdə tutulur.
Onların icrası zamanı dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi təmin edilməlidir.
Avtomobil yolları şəbəkəsinin saxlanılması və inkişaf etdirilməsi ilə bağlı tədbirlər də dövlət büdcəsindən maliyyələşdirilə bilər.
Yollarda təhlükəsiz hərəkətin və ekoloji tələblərin təmin edilməsi də maliyyələşdirilən istiqamətlər sırasındadır.
