Dövlət nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək və qanunla müəyyən edilən hallarda texniki baxış keçirmək vəzifəsi daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Konstruksiyası və ya texniki vəziyyəti müəyyən edilmiş standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istismarı qadağan edilə bilər.
Mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilən məlumatlara uyğun gəlmədikdə də müvafiq tədbirlər görülür.
Dövlət nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına icazə verir.
Bu dəyişikliklərin yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğunluğuna da nəzarət edilir.