Beynəlxalq sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər həmin daşımaları həyata keçirən nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, daşımaların taxoqrafsız həyata keçirilməsinə görə təşkilatçılar və sürücülər məsuliyyət daşıyırlar.
Yoxlanma şəhadətnaməsi və ya müvafiq möhür olmayan taxoqrafdan istifadə də məsuliyyət yaradır.
Yoxlanma müddəti bitmiş, plomblanması pozulmuş və ya funksiyalarından hər hansı biri işləməyən taxoqrafla daşımaların həyata keçirilməsi qadağandır.
Taxoqrafın qeydiyyata aldığı məlumatların saxtalaşdırılması da məsuliyyətə səbəb olur.