Dövlət sürücülərin hazırlanmasını və ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin və kursların fəaliyyətinə nəzarət edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qanunda nəzəri və təcrübi imtahanların qəbul edilməsi və müvəffəqiyyət qazanan şəxslərə sürücülük vəsiqəsinin verilməsi də nəzərdə tutulur. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək və qanunla müəyyən edilmiş hallarda texniki baxış keçirmək dövlətin vəzifələrindəndir. Müəyyən olunmuş standartlara uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarı qadağan edilə bilər. Həmçinin mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilən məlumatlara uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarına yol verilmir.