Avtomobil yollarında yol şəraiti və hərəkət rejimi barədə yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qar yığınları və yolun buz bağlaması kimi hallarda yol şəraitinin ciddi pisləşməsi barədə radio və televiziya vasitələrindən də istifadə olunmalıdır. Əlverişsiz hava şəraitində təhlükəli yol sahələrinin qəzasız keçilməsi üçün müvafiq tədbirlər görülməlidir. Yollarda aparılan işlər və tikinti materiallarının yerləşdirildiyi sahələr vaxtında müəyyənləşdirilməlidir. Yol örtüyündə hərəkət üçün təhlükə yaradan çökəklik, çuxur və digər zədələr də dərhal aradan qaldırılmalıdır.
