Avtomobil yollarında yol nişanlarının, svetoforların və digər texniki vasitələrin normal vəziyyətdə saxlanılması təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Belə vasitələrin yoldan çıxarılması, görünüşünün maneələrlə məhdudlaşdırılması və zədələnməsi yolverilməzdir.
Yol hərəkəti iştirakçılarının görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların yerləşdirilməsinə də yol verilməməlidir.
Qanun yolların hərəkət hissəsində tikinti və digər işlər zamanı yaranan təhlükələrin vaxtında müəyyən edilməsini tələb edir.
Bu tələblərin yerinə yetirilməsinə hüquqi və fiziki şəxslər tərəfindən nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.