Fərdi qəza sığortası bədbəxt hadisə nəticəsində sığorta olunanın ölməsi və ya əmək qabiliyyətini tam və ya qismən itirməsi hallarını əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bədbəxt hadisə nəticəsində sağlamlığa digər formada xəsarət dəyməsi də bu sığorta sinfinə daxildir.
Sığorta ödənişi müqavilədə müəyyən edilən məbləğdə və ya əlavə xərclərin tam və ya qismən ödənilməsi formasında həyata keçirilə bilər.
Bu sığorta qeyri-həyat sığortasının şəxsi sığortaya aid siniflərindən biridir.