Sığortalının müqavilə şərtlərini pozmasına görə yaranan mülki məsuliyyəti sığortalana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə hallarda müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişi həyata keçirilir.
Sığorta ödənişinin verilməsi müqavilədə müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir.
Bu sığorta mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası adlanır.