Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına yönələn sazişlər bağlaması qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Rəqabətin məhdudlaşdırılmasına səbəb ola biləcək əməliyyatların aparılmasına da yol verilmir.
Sığorta bazarında inhisara qarşı qaydalara əməl olunmasına nəzarət Rəqabət Məcəlləsinə uyğun həyata keçirilir.
Dövlət orqanlarının və onların tabeliyində olan təşkilatların inzibati binalarında sığortaçıların filial və nümayəndəliklərinin fəaliyyət göstərməsi qadağandır.
Həmin ərazilərdə sığorta vasitəçilərinin fəaliyyət göstərməsi və sığorta müqavilələrinin bağlanmasına da məhdudiyyət qoyulur.