Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Həyat sığortası ölüm halından sığorta, yaşam sığortası, annuitet sığortası, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta və sağalmaz xəstəliklərdən sığortanı əhatə edir.
Qeyri-həyat sığortasına isə şəxsi sığorta ilə yanaşı əmlak, nəqliyyat, məsuliyyət, kredit və digər sığorta sinifləri daxildir.
Bu bölgü sığortaçıların fəaliyyət istiqamətlərinin hüquqi çərçivəsini müəyyənləşdirir.