Sığortaçıda mühüm iştirak payı əldə etmək istəyən hüquqi şəxsin maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olması razılıqdan imtina səbəbi kimi müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Belə şəxslərin sığortaçı üzərində mühüm iştirak payı və ya əhəmiyyətli nəzarət əldə etməsinə Mərkəzi Bank icazə verməyə bilər. Bununla yanaşı, müraciət edən şəxsin və onun rəhbər işçilərinin müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verməsi də nəzərə alınır. Məqsəd maliyyə baxımından dayanıqsız şəxslərin sığorta şirkətlərinin idarə olunmasına təsir imkanlarının qarşısını almaqdır.