Törəmə cəmiyyət əsas təsisçisinin və ya səhmdarının əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Asılı cəmiyyətlər biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslərdir.
Əhəmiyyətli müqavilə hər hansı şəxsə hüquqi şəxsdə səhmlərə malik olub-olmamasından asılı olmayaraq qərarların qəbul edilməsinə mühüm təsir göstərmək səlahiyyəti verən müqavilədir.
Əhəmiyyətli nəzarət isə səhmlərin 50 faizinə və ya daha çox hissəsinə sahiblik, yaxud müqavilə əsasında qərarlara mühüm təsir imkanını ifadə edir.