Sığortaçı qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan yerli hüquqi şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçı sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarında və ya müqavilədə müəyyən olunmuş qaydada sığorta ödənişi vermək öhdəliyi daşıyır.
Qanunda müştərək sığortaçı da ayrıca anlayış kimi təsbit edilib.
Müştərək sığortaçı müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı hesab edilir.
