Ali Məhkəmə sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvəqqəti olaraq digər şəxsə həvalə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Belə halda vəzifələrin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə kollegiya sədrlərindən birinə tapşırılır.
Kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə də müvəqqəti əvəzləmə tətbiq olunur.
Bu halda onun vəzifələrinin icrası həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.
Əvəzləmə Ali Məhkəmə sədrinin sərəncamı əsasında həyata keçirilir.
