Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə bəzi məhkəmə qərarları Plenum tərəfindən ləğv edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Bu qayda bəraət hökmlərinə də şamil olunur.
Bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları da həmin hallara daxildir.
Belə qərarların ləğvi üçün səsvermədə iştirak edən Plenum iştirakçılarının üçdə iki səs çoxluğu tələb edilir.
Plenum həmçinin sonuncu iclasdan sonra müvafiq kollegiyaların qəbul etdiyi qərarları nəzərdən keçirir.
