Sığortaçı sığorta müqaviləsi üzrə sığortaladığı riskləri təkrarsığorta etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçılar təkrarsığortanın təşkili məqsədilə birgə fəaliyyət müqaviləsi əsasında təkrarsığorta daxılları təsis edə bilərlər.
Bu mexanizm sığortaçıların riskləri birgə idarə etməsinə və təkrarsığorta əməliyyatlarını təşkil etməsinə imkan verir.
Beləliklə, qanun təkrarsığorta münasibətlərində həm tərəflərin statusunu, həm də birgə fəaliyyət imkanlarını müəyyən edir.