Azərbaycanda yerləşən və ya mövcud olan sığorta predmetləri üzrə əmlak mənafelərinin yerli sığortaçılarda sığortalanması və ya təkrarsığortalanması zamanı yalnız yerli sığorta brokerlərinin vasitəçiliyindən istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçılar həmin riskləri yerli sığortaçılarda və ya Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab verən xarici sığortaçılarda təkrarsığorta etdirə bilərlər.
Xarici sığortaçılarda təkrarsığorta birbaşa, yerli brokerlər və ya qanunda nəzərdə tutulan reyestrə daxil edilmiş xarici brokerlər vasitəsilə həyata keçirilə bilər.
Beləliklə, qanun təkrarsığorta əməliyyatlarında həm yerli, həm də müəyyən şərtlərlə xarici bazardan istifadəyə imkan yaradır.