Fiziki şəxs sığortalı, sığorta olunan və ya faydalanan şəxs vəfat etdikdə müəyyən sığorta məlumatlarının vərəsələrə təqdim edilməsinə icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vərəsələr məlumatları notariat qaydasında təsdiq edilmiş ərizə əsasında əldə edə bilərlər.
Məhkəmələr və notariuslar da müvafiq vərəsəlik işləri ilə əlaqədar qanunda nəzərdə tutulan qaydada belə məlumatları tələb edə bilərlər.
Xarici ölkələrin konsulluq idarələrinə də müvafiq yazılı sorğu əsasında məlumatların təqdim edilməsi mümkündür.