Sığorta vasitəçiliyi üzrə lisenziyası ləğv edilmiş və ya qanunda nəzərdə tutulan lisenziyanın verilməsindən imtina edilmiş hüquqi şəxs müəyyən tələblərə əməl etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə hüquqi şəxs Mərkəzi Bankın müvafiq qərarının qəbul edildiyi tarixdən iki ay müddətində öz adında sığorta fəaliyyəti ilə bağlı qadağan olunmuş sözlərin istifadəsini aradan qaldırmalıdır.
Alternativ olaraq hüquqi şəxs könüllü qaydada ləğv edilə bilər.
Müəyyən edilmiş müddətə əməl edilmədikdə hüquqi şəxs Mərkəzi Bankın iddiası əsasında məhkəmə qərarı ilə məcburi qaydada ləğv olunur.