Lisenziya sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanunda sığorta brokeri və sığorta agentinin fəaliyyəti üçün də müvafiq lisenziyanın verilməsi nəzərdə tutulur.
Beləliklə, lisenziya müxtəlif sığorta fəaliyyəti subyektlərinin qanuni fəaliyyət göstərməsinə imkan yaradır.
Lisenziyalaşdırma mexanizmi sığorta bazarında fəaliyyət göstərən subyektlərə nəzarətin əsas elementlərindən biridir.
