Hüquq sahəsində nüfuza malik və hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsi olan şəxslər yüksək hakim vəzifələrinə xüsusi qaydada təyin edilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Belə şəxslərdən həmçinin yüksək mənəvi keyfiyyətlərə malik olmaları tələb olunur.
Onlar hakimliyə namizədlərin seçilməsi üçün nəzərdə tutulan ümumi prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasının təklifi əsasında təyin edilə bilərlər.
Bu qaydada təyin olunan hakimlərin dövlət orqanlarında hüquqşünas kimi iş stajı hakimlik stajına hesablanır.
Hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti də onların hakimlik stajına daxil edilir.
