Birinci instansiya məhkəməsində hakim vəzifəsi vakant olduqda həmin məhkəməyə digər hakim ezam edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Məhkəmə-Hüquq Şurası digər müvafiq məhkəmənin hakimindən razılıq almaqla onu vakant vəzifəyə ezam edə bilər.
Belə ezamiyyətin müddəti bir ilədək müəyyən edilir.
Bu mexanizm hakim vəzifələrinin boş qalmasının qarşısının alınmasına imkan verir.
Eyni qayda hakim öz vəzifələrini yerinə yetirə bilmədiyi hallarda da tətbiq oluna bilər.