Məhkəmə səhvləri nəticəsində proses iştirakçılarına dəymiş ziyana görə hakimlər şəxsi əmlakları ilə məsuliyyət daşımırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Belə hallarda dəymiş zərər qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət tərəfindən ödənilir.
Bu norma hakimlərin müstəqilliyinin və qərar qəbul edərkən hüquqi təminatlarının qorunmasına xidmət edir.
Hakimlərin məsuliyyəti qanunvericilikdə müəyyən edilmiş xüsusi qaydalar əsasında tənzimlənir.
Beləliklə, məhkəmə səhvi ilə bağlı maddi məsuliyyət birbaşa hakimin şəxsi əmlakına yönəldilmir.