Məhkəmələr üzrə STATİSTİKA

02 Sentyabr 2026, 01:13

Azərbaycan Respublikasının məhkəmələri qanunvericiliklə müəyyən edilmiş qaydada hər yarım ildə ən azı bir dəfə statistika hesabatı tərtib edirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə müvafiq məhkəmələrin sədrləri məsuldurlar. Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair statistika hesabatlarının formalarını müəyyənləşdirir və həmin hesabatları dərc edir. Şura məhkəmə fəaliyyətinə dair statistik məlumatları ümumiləşdirir, məhkəmələrin fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir. Məhkəmə statistikası “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada da aparılır.