Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün ixtisaslaşdırılmış xidmətlərin təşkili dövlətin vəzifələrinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu xidmətlər çərçivəsində texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulması və istifadəsi həyata keçirilir.
Qəza-xilasetmə işləri aparılan ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilməlidir.
Kütləvi tədbirlərin keçirildiyi yerlərdə də yol hərəkətinin təhlükəsizliyinin təşkili dövlətin vəzifəsidir.
Belə tədbirlər yol hərəkətinin təhlükəsiz və nizamlı təşkilinə yönəldilir.
