Nəqliyyat vasitələrinin qeydiyyatının aparılması və dövlət qeydiyyat nişanlarının verilməsi dövlətin yol hərəkəti sahəsində əsas vəzifələrindən biridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin sənədləşdirilməsi və onların uçotu da həyata keçirilməlidir.
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları müəyyən olunmuş qaydada verilir.
Dövlət həmçinin yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətini təşkil etməlidir.
Zəruri hallarda qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrinin müşayiəti də təşkil edilir.