Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər üçün iş və istirahət rejimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi və onlardan istifadə qaydaları da müəyyənləşdirilir.
Taxoqraflara xidmət göstərilməsi və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası da tənzimlənir.
Bu qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Belə tələblər beynəlxalq daşımalar zamanı sürücülərin iş və istirahət rejiminə əməl etməsinin təmin edilməsinə yönəlib.
