Dövlət nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və dövlət qeydiyyat nişanları qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yollarda nəqliyyatın və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətinin təşkili də dövlətin vəzifələrinə daxildir. Yol hərəkətinə nəzarət funksiyalarının həyata keçirilməsi üçün stasionar postların siyahısı və dislokasiyası müəyyən edilir. Dövlət həmçinin yol nişanlarının, göstəricilərin və hərəkəti tənzimləyən digər texniki vasitələrin tətbiqini təmin edir.