Qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Belə təhlükələrin dərhal aradan qaldırılması mümkün olmadıqda həmin yerlər müvafiq yol nişanları və çəpərləyici vasitələrlə işarələnməlidir. Həmçinin yol hərəkəti iştirakçılarını xəbərdar edən və onları təhlükəli sahələr barədə məlumatlandıran vasitələrdən istifadə olunmalıdır. Avtomobil yollarının hərəkət hissəsi palçıqdan, sudan, qumdan, qar və buzdan vaxtında təmizlənməlidir. Daş düşməsi kimi hallarda da yolun təhlükəsizliyinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir.