Avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmamasına görə müxtəlif subyektlərin məsuliyyəti nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Dövlət əhəmiyyətli avtomobil yolları üzrə məsuliyyət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə düşür.
Yerli əhəmiyyətli yollar, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları, özəl yollar üzrə isə onların sahibləri məsuliyyət daşıyırlar.
Dəmiryol keçidlərinin təhlükəsiz vəziyyətdə saxlanılmasına görə isə dəmiryol təşkilatları cavabdehdir.
Bu tələblərin pozulması nəticəsində yol-nəqliyyat hadisəsi baş verdikdə, təqsirli subyektlər yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməlidirlər.
