Tibbi sığorta proqramına daxil edilən xidmətlərlə bağlı sığorta olunanın çəkdiyi xərclərin əvəzi tam və ya qismən ödənilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Ödənişlər tibb müəssisələrinin sığorta olunana göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərə şamil edilir.
Tibbi sığorta qeyri-həyat sığortasının şəxsi sığortaya aid siniflərindən biri hesab olunur.
Ödənişin həcmi sığorta müqaviləsinin və müvafiq proqramın şərtlərinə əsasən müəyyən edilir.