Peşəkar fəaliyyət zamanı yol verilən səhv, ehtiyatsızlıq və ya diqqətsizlik nəticəsində üçüncü şəxslərə dəyən zərər sığortalana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta lazımi ixtisas keyfiyyətlərinə malik müxtəlif peşə sahiblərinin məsuliyyətini əhatə edir.
Sığorta ödənişi xidmət göstərilən üçüncü şəxslərə dəymiş zərərlə bağlı öhdəliklərin yerinə yetirilməsinə yönəldilir.
Belə sığorta peşə məsuliyyətinin sığortası hesab olunur.
