Sığortaçılar həyat sığortası və qeyri-həyat sığortası sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Həyat sığortasına həyatın ölüm halından və yaşam sığortası, annuitet sığortası, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta və sağalmaz xəstəliklərdən sığorta daxildir.
Qeyri-həyat sığortası isə şəxsi, əmlak, mülki məsuliyyət, kredit və qarışıq maliyyə riskləri üzrə müxtəlif sinifləri əhatə edir.
Bu bölgü sığortaçıların fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirilməsinə imkan verir.
Sığorta növü üzrə fəaliyyət göstərmək üçün isə Mərkəzi Bankdan müvafiq icazənin alınması tələb olunur.