Qanunvericilikdə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının müxtəlif risklərdən sığortalanması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Aqrar sığorta qanunla nəzərdə tutulan hadisələr nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Kənd təsərrüfatı bitkilərinin sığortası yanğın, təbii fəlakətlər, xəstəliklər və ziyanvericilərin yayılması kimi riskləri əhatə edir.
Kənd təsərrüfatı heyvanlarının sığortasında isə təbii hadisələr, yoluxucu xəstəliklər və digər müəyyən edilmiş risklər nəzərə alınır.