Mərkəzi Bank mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsi ilə bağlı müraciətə müəyyən edilmiş müddətdə baxmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, müraciət və ya tələb olunan əlavə məlumatlar alındıqdan sonra 30 iş günü ərzində qərarın surəti müraciət edənə göndərilir. Mərkəzi Bank sənədlərdə çatışmazlıq aşkar etdikdə müraciət edən şəxsdən əlavə məlumat və sənədlər tələb edə bilər. Qərarın müəyyən edilmiş müddətdə göndərilməməsi isə qanunda nəzərdə tutulan halda razılıq kimi qiymətləndirilir.
