Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) batan gəminin qalıqları tapılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib.
O qeyd edib ki, gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.
Ərazidə axtarış işləri fasiləsiz davam etdiriləcək.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
