Azərbaycan məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələr yarada bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Qanunvericilikdə və beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu əlaqələr Məhkəmə-Hüquq Şurası vasitəsilə həyata keçirilir.
Ali Məhkəmə isə xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrini birbaşa həyata keçirir.
Bu qayda məhkəmə sisteminin beynəlxalq əməkdaşlıq imkanlarının hüquqi əsaslarını müəyyən edir.
Beynəlxalq əlaqələr zamanı Azərbaycan qanunvericiliyinin və qüvvədə olan beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmalıdır.