Müvafiq icra hakimiyyəti orqanı hakimlərin peşə hazırlığının artırılması ilə bağlı məsələlərlə məşğul olur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Bu səlahiyyət Ali Məhkəmənin hakimlərinə şamil edilmir.
Birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması da həmin orqanın vəzifələrinə daxildir.
Məhkəmələrin maliyyə və digər maddi-texniki təminatı da həyata keçirilir.
Bu fəaliyyət hakimlərin müstəqilliyinə ciddi əməl edilməklə təşkil olunmalıdır.