Ali Məhkəmənin kollegiyalarında apellyasiya məhkəmələrinin qərarlarından verilmiş kassasiya şikayətləri və protestləri üzrə işlərə baxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarlarından verilmiş kassasiya şikayətləri də kollegiyalarda araşdırılır.
Qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrin qərarlarından verilmiş kassasiya şikayətlərinə də baxılır.
Kollegiyalar həmçinin Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə baxırlar.
Bundan başqa, kollegiyalar məhkəmə statistikasını təhlil edir və məhkəmə təcrübəsini öyrənib ümumiləşdirirlər.